Xəbər lenti

"Traktor"dan Azərbaycanla bağlı diqqətçəkən mesaj
Ölkə17:21 14.10.2026

"Traktor"dan Azərbaycanla bağlı diqqətçəkən mesaj

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın “Traktor” futbol klubu Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirərək ölkədəki tənqidçiləri ikili standartlarda ittiham edib.

Qaynarinfo xəbər verir ki, klubun sosial şəbəkə hesabında yayılan paylaşımda İranda yaşayan türklərin ana dilində təhsil almaq imkanlarının məhdudlaşdırıldığı, türk dilində ad və soyadlardan, eləcə də şirkət və mağaza adlarından istifadəyə maneələr olduğu iddia edilib.

Paylaşımda İranda təxminən 40 milyon türk yaşadığı vurğulanaraq, onların hüquqlarına münasibətdə səssiz qalanların Azərbaycanda hicabla bağlı müzakirələrə sərt reaksiya verməsi tənqid olunub.

Klub bu yanaşmanı ikili standart kimi qiymətləndirərək müsəlmanların hüquqlarının müdafiəsinin yalnız müəyyən məsələlərlə məhdudlaşmamalı olduğunu bildirib.

Bu, İranda yaşayan azərbaycanlılardan gələn dəstəkdir. Biz eyni mövqeyi özünü türk dünyasının lideri adlandıran Türkiyədən də gözləyərdik. Çox təəssüf ki, bunun əksini görürük.