Xəbər lenti

AFFA-dan söyüş söyən Sxadadzeyə 4 oyunluq cəza
İdman 15:38 26.12.2025

AFFA-dan söyüş söyən Sxadadzeyə 4 oyunluq cəza

"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin Misli Premyer Liqasının XVI turunda, "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10 min manat cərimələnib.

"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.

--> -->