AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan 2-ci Liqasının 5-ci turunda yaşananlar müzakirə olunub və aşağıdakı qərarlar qəbul edilib:
“Zəngəzur”– “Kür-Araz” oyunundan əvvəl meydan sahibi komanda matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq edib. Buna görə, “Zəngəzur” 150 manat cərimə olunub.
“Şəki”– “Hypers” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə alıb ki, bu da 70 manat cərimə deməkdir.
“Şəmkir”– “Şirvan” oyunu komandalara ümumilikdə 540 manat bahasına başa gəlib. Bunun 470 manatı qərb təmsilçisinin payına düşüb. Sarı vərəqələrin çoxluğuna görə 70 manat "tərləyən" "Şəmkir" Təcili Tibbi Yardım avtomobilinun yubanmasına və komandanın həkiminin olmamasına, bu halın cari mövsümdə 2-ci dəfə təkrarlanmasına görə ümumilikdə 400 manat (hərəsinə görə 200) ödəyəcək.
“Şəmkir”in rəqibi “Şirvan” da cərimələnib. Komandanın 5 futbolçusunun sarı vərəqə alması bölgə təmsilçisinə 70 manat bahasına başa gəlib.
Şərhlər