Xəbər lenti

Ağdərədə mikroavtobusla
Ölkə 13:36 28.06.2026

Ağdərədə mikroavtobusla "Niva" toqquşdu: Yaralılar var (YENİLƏNİB)

Ağdərədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Vəngli kəndində qeydə alınıb.

Belə ki, "Niva" və sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri: 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu xəsarət alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, mikroavtobusun sərnişinləri tur çərçivəsində Qarabağa gəzməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.
 
12.19
 
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın əldə etdiyi ilkin məlumata görə, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.
--> -->