"Bu məsələdə hər iki tərəf məsuliyyət daşıyır - məktəb və ailə".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov təhsil müəssisələrində şagirdlər arasında baş verən bıçaqlanma hadisələrinin artmasına münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, belə hadisələrdə birinci növbədə valideynlər məsuliyyət daşıyırlar:
"Valideynlər övladlarına sağlam, düzgün, doğru tərbiyyə verməlidirlər. Birinci bu məsələyə diqqət yetirmək lazımdır. İkincisi, artıq məsuliyyət həm də məktəbin üzərinə düşür".
Deputat vurğulayıb ki, məktəb öz təlim-tərbiyyə siyasətini gücləndirməlidir:
"Məktəblərdə təlim-tərbiyyə işi ən yüksək həddə və səviyyəyə qaldırılmalıdır. Məktəblərimizdə eyni zamanda şagirdlərin davranışı, əxlaq və tərbiyyəsinə ciddi nəzarət olunmalıdır. Biz tez-tez belə halların baş verdiyini eşidirik. Bu hadisələr həqiqətən də narahatedicidir".
Ceyhun Məmmədov məktəblərdə belə hadisələrin baş verməməsi üçün maariflənmə işlərinin aparılmasının vacibliyini əlavə edib.
Bahar Rüstəmli
Şərhlər