Xəbər lenti

Aİ Azərbaycanın Vaqif Xaçatryan və digər üç ermənini təhvil verməsini alqışladı
Siyasət 11:46 15.01.2026

Aİ Azərbaycanın Vaqif Xaçatryan və digər üç ermənini təhvil verməsini alqışladı

Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper "X”-də bildirib.

"Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.//APA 
--> -->