Xəbər lenti

Aİ İsraili HƏMAS-la münaqişədə təmkinli olmağa çağırdı
Dünya 17:37 16.11.2023

Aİ İsraili HƏMAS-la münaqişədə təmkinli olmağa çağırdı

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell İsrailə səfərə yollanıb.

Qaynarinfo xəbər verir ki, səfər zamanı Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri yəhudi dövlətini Qəzza zolağında HƏMAS-la qarşıdurmada təmkinli olmağa çağırıb.

"Qəzəbinizi başa düşürəm, amma təmkinli olmağınızı xahiş edirəm. Bunu sizə İsrailin ən yaxşı dostları deyə bilər”, deyə Borrell bildirib.

Avropa diplomatiyasının rəhbəri İsrailə uçmazdan əvvəl bildirib ki, səfərinin məqsədi Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı dialoq olacaq.

Qeyd edək ki, oktyabrın əvvəlində HƏMAS qüvvələri "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib. Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb. 

Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-ı məhv edəcəyinə söz verərək "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Yəhudi dövlətinin hərəkətləri Fələstin anklavının blokadasına, kütləvi bombardmanlara və 1 milyondan çox insanın bölgənin cənubuna köçürülməsi tələbinə səbəb olub.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->