Xəbər lenti

Dünya 15:43 10.04.2024

Aİ-nin İttifaqının Ədalət Məhkəməsi iki rusiyalı milyarderə qarşı sanksiyaları ləğv etdi

Lüksemburqun birinci instansiya məhkəməsi Avropa İttifaqının (Aİ) rusiyalı iş adamları Pyotr Aven və Mixail Fridmana qarşı tətbiq etdiyi şəxsi sanksiyaların ləğvi barədə qərar çıxarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Aİ Məhkəməsi Mixail Fridmanın Aİ Şurasına qarşı iddiasını təmin etmək və ona qarşı şəxsi sanksiyaları ləğv etmək qərarına gəlib. Aİ Şurası tərəflərin məhkəmə xərclərini ödəməlidir", deyə məhkəmə Fridmanın işi üzrə qərarında bildirib. 

Oxşar qərar Aven işi üzrə qərarda da verilib.

2023-cü ilin noyabrında "Alfa Group"un həmtəsisçiləri Petr Aven və Mixail Fridman Qərbdəki layihələrə investisiya qoymaqla bağlı əvvəlki qərarlarını səhv adlandırıblar. Aprelin 2-də ABŞ Rusiyanın VTB bankının törəmə bankı "VTB Avropa"ya qarşı sanksiyaları ləğv edib.

Mart ayında Aİ Məhkəməsi Belarusun "Belşina" ASC müəssisəsinə qarşı Ukraynada müharibəyə dəstək səbəbu ilə Avropa Şurası tərəfindən tətbiq edilən sanksiyaların ləğvi barədə qərar çıxarıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->