Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
	
Qaynarinfo xəbər verir ki, turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub.
	
"Kəpəz” "Sumqayıt”ı qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 80-ci dəqiqədə Cordan Rezabala fərqlənib. Gəncə təmsilçisinin bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Elçin Əlicanov vurub.
 
	
"Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Doqquzuncu olan "Kəpəz”in hesabında 35 xal var.
	
Bu gün, saat 19:30-da turun mərkəzi qarşılaşması sayılan "Qarabağ” - "Neftçi” matçı başlayacaq.
	
Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.
	
             
            
Şərhlər