Dünya 14:12 31.10.2022

Aİ SEPAH-ı terror təşkilatı kimi tanıya bilər - Berbok

Almaniya və Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı siyahısına salınması imkanını müzakirə edir.

Qaynarinfo bu barədə "Amerikanın səsi”nə istinadən xəbər verir.

Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu bəyanatı İranda SEPAH başçısının şənbə günü küçələrə çıxa biləcəkləri son gün olacağı ilə bağlı etirazçılara xəbərdarlıq etməsindən sonra gəlib. Beləliklə, o qeyd edib ki, təhlükəsizlik qüvvələri irimiqyaslı etiraz aksiyalarının iştirakçılarına qarşı onsuz da sərt repressiyaları gücləndirə bilər.

"Mən bu elanla yeni sanksiyalar paketini tətbiq edəcəyimizi və həmçinin SEPAH-ı terror təşkilatı kimi tanıya biləcəyimizi açıqladım", deyə Berbok bildirib.

Berbok onu da qeryd edib ki, Tehran və Qərb arasında İranın nüvə proqramına dair razılaşmalar üzrə danışıqlar hələ aparılmayıb.

Nizami Bağırov