Xəbər lenti

Aİ Si və Putinin G20 sammitində iştirak etməməsindən istifadə etmək istəyir - 
Dünya 14:14 05.09.2023

Aİ Si və Putinin G20 sammitində iştirak etməməsindən istifadə etmək istəyir - "Bloomberg"

Avropa İttifaqı Qlobal Cənub ölkələri ilə işi intensivləşdirmək üçün Hindistanda keçirilən G20 sammitində Çin lideri Si Szinpin və Rusiya prezidenti Vladimir Putinin iştirak etməməsindən istifadə etməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Bloomberg mənbələri bildirirlər ki, Aİ müstəmləkəçiliyin ağır mirasına baxmayaraq, Afrika ilə tərəfdaşlığını yenidən nəzərdən keçirməkdə ciddi olduğunu göstərmək istəyir. Nəşrin məlumatına görə, Aİ Afrika İttifaqının G20-yə daimi üzvlük üçün müraciətinə dəstək vermək istəyir.

Bloomberg-in məlumatına görə, Afrika İttifaqından Hindistanda keçiriləcək sammitdə artıq G20-nin üzvü olan Cənubi Afrikanın, eləcə də Misir, Nigeriya və Komor adalarının liderləri iştirak edəcək. Aİ tərəfdən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Almaniya kansleri Olaf Şolts danışıqlara qatılacaq.

Bloomberg-in qeyd etdiyi kimi, G20-yə daimi üzvlük Afrika İttifaqına Aİ ilə eyni status verəcək. Daimi üzvlük statusu Afrika ölkələrinə mühüm qərarlarda, o cümlədən, əsasən G20 ölkələrinin emissiyalarından qaynaqlanan qlobal istiləşmə ilə mübarizədə daha güclü söz sahibi olmaq istəyinin bir hissəsidir.

G20 sammitinin gündəliyində Rusiyanın Ukraynadakı müharibəsi fonunda qlobal ərzaq təhlükəsizliyinin müzakirəsi, eləcə də qlobal maliyyə arxitekturasında islahatlar, özəl investisiyalar üçün şəraitin yaxşılaşdırılması və Afrikada infrastruktur layihələri var.

Qeyd edək ki, G20 sammiti 2023-cü il sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək. Sammitdə Rusiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çini isə baş nazir Li Tsyan təmsil edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->