Xəbər lenti

Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı
Ölkə 21:06 03.08.2026

Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub.

Belə ki, o, öz istəyi və ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->