Maqazin 15:56 01.02.2023

"Şairlər “Ay qoşa buynuz keçi” deyib, biz itdən meyxana deyə bilmərik?" - Ağamirzə

"İtə meyxana dediyimə görə qəti peşiman deyiləm. Lazım olarsa, jurnalistlərə də meyxana deyərəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə məclislərin birində Sadiq adlı biznesmenin itinə meyxana deməsinə aydınlıq gətirərkən deyib. Meyxanaçı itin onun ətrafında olan insanların bəzilərindən vəfalı olduğunu bildirib:
 
"Narkotikadan, spirtli içkidən, İmamdan, Allahdan meyxana demək olmaz, hətta siyasətdən də meyxana demək olmaz, meyxanaçıyıq, biz meyxana deməliyik, ya yox? Məclislərdə bizə sifariş edirlər ki, filankəsin maşınından, mağazasından, şirkətindən meyxana de, biz də deyirik. İt bəzi insanlardan çox vəfalıdır. İkincisi, böyük ustadlar siçandan, pişikdən meyxana deyib, şairlər "Ay qoşa buynuz keçi”, "Gözləri mərcan xoruz” yazıb. Bizə də deyiblər itdən meyxana deyin, demişik. Bir itin də adı çəkilib, burada nə var axı? Kim nə istəyir desin”. 

Ağamirzə sözü gedən tədbirdə biznesmenin olmadığını vurğulyıb:
 
"İt saxlayan dostlarımız olub, xahiş ediblər ki, itə meyxana deyək, biz də demişik, vəssalam”. 
 
Qeyd edək ki, Bakıda şadlıq saraylarının birində meyxana ustadları Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı Sadiq adlı biznesmenin itinə meyxana deyiblər. Görüntülər cəmiyyətdə qınağa səbəb olub. 

Bahar Rüstəmli