Xəbər lenti

Dünya 18:51 21.04.2023

Albaniya ruslar üçün vizasız rejimi ləğv etdi

Albaniya rusiyalı turistlər üçün mayın 1-dən sentyabrın 30-dək qüvvədə olan vizasız rejimi ləğv edib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Albaniyanın Rusiyadakı səfirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

"Albaniya Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi bildirir ki, Albaniya Nazirlər Şurasının 20.04.2023-cü il tarixli dəyişikliklərinə uyğun olaraq, 29.12.2021-ci il tarixli, 858 nömrəli fərman ləğv edilir. Beləliklə, Albaniyaya səfər etmək üçün səfərin məqsədinə uyğun viza almaq lazımdır”, deyə diplomatik nümayəndəlikdən bildirilib.

Bu rejim ötən il Rusiyada gələn turistlər üçün keçərli olub. Albaniya ruslara 90 gün müddətində turizm məqsədi ilə ölkə ərazisinə vizasız giriş və qalmaq icazəsi verirdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->