Foto 16:20 24.11.2022

Alimpaşa Məmmədovdan xəbər var (FOTOLAR)

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Qaynarinfo APA-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunur.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.