Xəbər lenti

Almaniya yığmasının futbolçuları pivə oğurluqda ittiham olunur
İdman 23:59 27.06.2025

Almaniya yığmasının futbolçuları pivə oğurluqda ittiham olunur

Almaniyanın U-21 yığmasının oyunçuları gənclər arasında Avropa çempionatının Fransa ilə keçirilən yarımfinal oyunundan sonra 15 pivə bakal oğurlamaqda ittiham olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, oyundan sonra Almaniya yığmasının avtobusuna stadion əməkdaşı - göz yaşları içində olan qadın yaxınlaşıb və telefonla komandanın şəkillərini çəkməyə başlayıb. Stadionun meneceri isə bildirib ki, oyunçular təxminən 15 bakal pivə oğurlayıb.

"Yəqin elə zənn ediblər ki, bunlar pulsuzdur. Amma belə deyil. Buna görə də əməkdaşımız avtobusa daxil oldu. O, fotoşəkil sübutları əldə etmək istəyirdi", deyə stadion rəhbəri bildirib.

Almaniya yığmasının nümayəndələri isə bildiriblər ki, qadın mətbuat zalına bir neçə bakal pivə gətirib və onların ehtimalına görə, bunlar hakimlər üçün nəzərdə tutulub.

"Daha sonra orada boş bakallar qalmışdı və qəfildən yoxa çıxdılar - yəqin kimsə onları götürüb. Görünür, həmin qadın bizim oyunçuların onları özləri ilə apardıqlarını düşünüb", deyə alman komandasından bildirilib.

Qeyd edək ki, qarşılaşma Slovakiyanın Koşitse şəhərindəki stadionda baş tutub və Almaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->