Xəbər lenti

İdman 15:20 27.06.2025

"Sabah" Qvadelupa yığmasının futbolçusunu transfer etdi

"Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Bu barədə Qaynarinfo-ya klubun mətbuat xidmətindən məlumat verilib.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın "Strasburq B” (2014–2018), "Dijon B” (2018–2019), "Berjerak” (2019–2020), "Set” (2020–2022), "Orlean” (2022–2024) və "Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->