Fransanın "Bordo" futbol klubu bağlanmanın qarşısını almaq üçün simvolik olaraq bir avroya satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə girondins.com nəşri məlumat yayıb.
Klub simvolik ödəniş müqabilində Britaniyanın idarəetmə şirkəti "Sparta Capital" tərəfindən Amerikanın "Park Bench" şirkətinin iştirakı ilə satın alınıb.
Klubun rəsmi açıqlamasında bildirilib ki, yeni sahiblər idarəetməni sabitləşdirmək və futbol qurumları ilə konstruktiv dialoq qurmaq niyyətindədirlər. "Sparta Capital" artıq komandanın əməliyyat xərclərini ödəmək və maliyyə vəziyyətini bərpa etmək üçün 11 milyon avro vəsait cəlb edib.
2024-cü ildə "Bordo" iflas prosesi ilə üzləşib və peşəkar statusunu itirib. 2026-cı ilin iyulunda isə 9 milyon avro borca görə komanda milli çempionatlarda iştirakdan kənarlaşdırılıb.
"Bordo"nun aktivində Fransanın altı çempionluğu və ölkə kubokunda dörd qələbə var. Klub sonuncu dəfə 2008/09 mövsümündə Fransa çempionu olub.
Aydın
Şərhlər