Xəbər lenti

İdman 12:14 19.01.2024

"Şamaxı"dan növbəti transfer

"Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
 
Qaynarinfonun məlumatına görə, klub daha bir futbolçunu heyətinə qatıb. Bölgə təmsilçisi "Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırovla anlaşıb. Futbolçu mövsümün sonuna qədər icarə əsasında "Şamaxı"nın formasını geyinəcək. 

Bu Şamaxı klubunun üçüncü transferi olub. Buna qədər Roman Hüseynov və Bəhruz Teymurov da komandaya cəlb edilib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->