Xəbər lenti

Foto 11:19 17.04.2024

Amerika İKT Təhsili Azərbaycanda: "Holberton School Azerbaijan"

"Holberton School” İKT təhsili sahəsində ABŞ-ın Silikon Vadisindən qaynaqlanan qlobal təcrübə ilə yerli bazarda innovativ təhsil metodologiyası və ekosistemin gücləndirilməsi istiqamətində müstəsna fəaliyyətini davam etdirməkdədir. "Holberton School” dünyası ilə yaxından tanış olmaq və qarşıdan gələn iyun kohortunun elan olunması ilə bağlı məqamlara aydınlıq gətirmək üçün bu innovativ tədris müəssisəsinin İcraçı Direktoru Şəmsi Bayramzadə ilə söhbətləşdik.

- "Holberton School Azerbaijan” və onun missiyası haqqında qısa məlumat verə bilərsinizmi?

- "Holberton School Azerbaijan” ABŞ-ın Silikon Vadisi innovasiyalarına əsaslanan dinamik texnoloji təhsil təcrübəsinə giriş qapısıdır. Missiyamız tələbələrimizə yalnız texniki bilik və bacarıqlara yiyələnməyi təşviq etməklə məhdudlaşmır. Biz onları daim inkişaf edən İKT sahəsində dolğun iş həyatına hazırlamaq istiqamətində yorulmadan çalışırıq. İnnovativ kurikulumumuz və layihə əsaslı tədris yanaşmamız vasitəsilə biz onlarda təkcə texniki bilikləri deyil, həm də "soft skill”, yəni, yumşaq bacarıqları inkişaf etdirərək öz peşəkar həyatlarına hazırlayır və dəstəkləyirik. "Holberton School”da tələbələrimiz təkcə kodlaşdırma dillərinə yiyələnmək deyil, həm də ünsiyyət, komanda işi, kritik düşüncə və problem həll etmə bacarıqlarını artırır.



- "Holberton School Azerbaijan” yerli Azərbaycan bazarında digərlərindən necə fərqlənir?

- "Holberton School Azerbaijan”da inklüzivlik faktoru fəaliyyətimizin hər bir məqamını ehtiva edərək dəyərləminizin qayəsində durur. İlk növbədə, biz Azərbaycanda fəaliyyət göstərən Amerika, Silikon Vadisi əsaslı yeganə qlobal bir tədris müəssisəsiyik. Proqramlarımız müxtəlif səviyyələrdə İKT bilik və bacarıqlarına malik və malik olmayan şəxsləri peşəkar iş həyatına yetişdirmək üçün nəzərdə tutulub. İstər tam təcrübəsiz, istərsə də bu sahədə müəyyən təcrübəyə malik olmasından asılı olmayaraq, bizim kurikulum İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs üçün nəzərdə tutulub. Ən əsası, bizim unikal "peer-to-peer” öyrənmə modelimiz "Holberton School Azerbaijan”da təhsil təcrübəsini daha da zənginləşdirir. Belə ki, "peer-to-peer” metodikası əsasında müəssisəmizdə tədris qarşılıqlı öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma tələbələrə komanda şəraitində ünsiyyət imkanı ilə təhsil proqramını daha effektiv mənimsəməyə imkan yaradır.

Birgə komanda işi vasitəsilə tələbələr əsas ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirərkən kurrikuluma dair anlayışlarını dərinləşdirirlər. Bu əməkdaşlıq yanaşması dəstəkləyici öyrənmə mühitini gücləndirir və tələbələrin yeni əldə etdikləri bilikləri tam inteqrasiya və tətbiq etmələrini təmin edir. Burada, "Holberton School Azerbaijan”da biz inanırıq ki, inklüzivlik, peşəkar inkişaf və həmyaşıd öyrənmə sabahın texnologiya liderlərini formalaşdırmaq üçün bir araya gəlir.



- "Holberton School Azerbaijan”nın İKT sektoru ilə maraqlanlanlar üçün ümumi olaraq təklif etdiyi proqramlar hansılardır?

- "Holberton School Azerbaijan”da biz hazırda Kompüter Elmləri (Foundations of Computer Science) və Proqram Mühəndisliyi Proqramlarının Əsasları (Full Stack Development) proqramlarını təklif edirik. Bir daha qeyd etmək istərdim ki, təhsil səviyyəsi və ya peşəkar təcrübəsindən asılı olmayaraq, "Front End Framework”, "Back End” sistemlərindən tutmuş "DevOps” təcrübəsinə kimi təqdim etdiyimiz tədris kurikulumu tələbələrə real iş fəaliyyətində qarşılaşa biləcəkləri məqamlara dərin praktiki nəzər üçün nəzərdə tutulub. Əlavə olaraq, layihə əsaslı metodologiyaya verdiyimiz üstünlük İKT sahəsində mühüm atributlar sayılan kreativlik, problem həlli və komanda yönümlü iş kimi keyfiyyətləri tələbələrimizdə inkişaf etdirir.

- İyun kohortuna gəlincə, gələcək tələbələr qarşıdan gələn tədris proqramından nə gözləyə bilərlər?

- Qarşıdan gələn iyun kohortu İKT sahəsində qlobal nüfuzlu sertifikata sahib olmaq istəyənlərə böyük vədlər verir. Bu, öncəki digər kohortlarımız kimi praktik layihələr, mentorluq və netvörkinq kim önəmli məqamlarla dolu immersiv bir səyahət olacaq. Tələbələrimizə proqramlaşdırma dil və bacarıqlarına dərindən yiyələnməklə yanaşı, Karyera Xidmətləri komandamız tərəfindən potensial iş yerlərinə hazırlıq, tələbələrlə yerli bazarda nüfuzlu şirkət və təşkilatlar arasında körpü rolunu oynayaraq məzunlarımızın İKT sahəsində maksimal uğur əldə etmələrini təmin etmək istiqamətində davamlı olaraq çalışmalarımızı təklif etməkdə olacağıq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?