XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü (VİDEO)
Ölkə09:19 21.09.2026

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü (VİDEO)

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib.

Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub.

O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Qonşular deyirlər ki, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub. Şahidlərin bildirdiklərinə görə, qatarın maşinisti hadisədən əvvəl səs siqnalından istifadə edib. Lakin bu, faciənin qarşısını almağa kifayət etməyib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

<iframe width="364" height="205" src="https://www.youtube.com/embed/ZsLonJ1hilk" title="Sürət qatarı vuraraq iki yerə böldü – DƏHŞƏTLİ FACİƏ" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>