XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bank krediti niyə göründüyündən daha baha başa gəlir? – Ekspert səbəbləri açıqladı
Ekonomiks14:03 20.08.2026

Bank krediti niyə göründüyündən daha baha başa gəlir? – Ekspert səbəbləri açıqladı

Banklar kredit verən zaman zaman vətəndaşa müəyyən illik fazi dərəcsi təqdim edir. Lakin kreditin müddəti başa çatdıqda banka ödənilən ümumi məbləğ hesablana faizdən daha yüksək görünür.

Bəs bunun səbəbi nədir və kreditin faktiki dəyərini hansı amillər müəyyənləşdirir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Qaynarinfo-ya kreditin nominal faiz dərəcəsi ilə vətəndaşın faktiki ödədiyi məbləğ arasında yaranan fərqin səbəblərini açıqlayıb. Ekspert bildirib ki, kredit götürən şəxs yalnız faiz ödəmir, komissiya haqları da ödəyir:

“Burada bir neçə amil var. Birincisi, kredit götürən yalnız faiz ödəmir, bir qayda olaraq komissiya haqları da olur. Amma bundan da vacibi odur ki, annuitet üzrə ödənişlər tətbiq edilir. Yəni borcalanın bütün kredit müddəti ərzində ödənişləri aylıq eyni məbləğlərə bölünür. Ödənişlər eyni məbləğlərə bölündüyü üçün, təbii ki, ilk aylarda faiz əsas məbləğdən çox olur.

Niyə? Çünki borcun qalığı çoxdur. Siz borcu hissə-hissə ödəyirsiniz və əsas borcun qalığı da ilk aylarda yüksək olur. Buna görə də əsas ödənişlərin böyük hissəsi faizlərə gedir. Buna effektiv faiz deyilir. Yəni bu halda effektiv faiz daha yüksək alınır. Beləliklə, sizin il ərzində ödədiyiniz faiz də daha yüksək olur”.

Əkrəm Həsənov vurğulayıb ki, vətəndaş kredit götürərkən bu məqamları nəzərə almalıdır:

“Vətəndaş, təbii ki, kredit götürəndə bunu nəzərə almalıdır. Yeri gəlmişkən, Bank və ya Kredit Əməliyyatları haqqında qanuna görə, onların verdiyi kreditlər üzrə kredit müqaviləsində effektiv faiz göstərilməlidir. Nominal faizlə bərabər, yəni 14 faiz nominal faizdir. Amma Bank haqqında qanunda belə bir şey yoxdur. Hər halda vətəndaş özü də tələb edə bilər ki, ona bunu bildirsinlər”.

Ekspert son olaraq qeyd edib ki, vətəndaş kredit götürərkən yalnız nominal faiz dərəcəsinə deyil, effektiv faizə və kredit üzrə ödəyəcəyi ümumi məbləğə də diqqət yetirməlidir.

Günay İlqarqızı