Xəbər lenti

Dünya 16:43 17.10.2025

"Apple" ən dəyərli brend olaraq qalır, "Nvidia" rekord artım nümayiş etdirir

"Apple” yenidən dünyanın ən dəyərli brendi olduğunu təsdiqləyib və "Interbrand” 2025 reytinqində artıq 13-cü il ardıcıl olaraq liderliyini qoruyub. 

Qaynarinfo xəbər verir ki, brendin dəyəri təxminən 470,9 milyard dollar qiymətləndirilir ki, bu da onu yaxın rəqibi "Microsoft”dan xeyli irəlidə saxlayır; "Microsoft”un qiyməti 10% artaraq 388,5 milyard dollar olub.

Üçüncü, dördüncü və beşinci yerləri isə "Amazon” ($319,9 mlrd), "Google” ($317,1 mlrd) və "Samsung” ($90,5 mlrd) tutur. "Apple”in dəyəri əvvəlki illə müqayisədə cəmi 4% azalsa da, brend rəqiblər qarşısında böyük üstünlüyünü saxlayır.

"Interbrand” reytinqi şirkətləri üç əsas meyara görə qiymətləndirir: maliyyə göstəriciləri, brendin alıcı qərarlarına təsiri və bazarda ümumi rəqabət qabiliyyəti. Ümumilikdə, dünyanın top-100 brendinin dəyəri 4,4% artaraq 3,6 trilyon dollara çatıb, bu da qlobal aparıcı brendlərin davamlı inkişafını göstərir.

Sensasiya kimi "Nvidia" şirkətinin irəliləməsi diqqət çəkir. Süni intellekt üçün çip istehsalçısı brendin dəyəri 116% artaraq 43,2 milyard dollar olub və bu, şirkəti reytinqdə 36-cı yerdən 15-ci yerə qaldırıb. Bu, reytinq tarixində ən böyük sıçrayışdır.

Həmçinin ilk dəfə Instagram top-10-a daxil olub, brendin dəyəri 27% artıb. Digər tərəfdən, "Nike” və "Tesla” isə dəyər itirib: "Nike” 14-cü yerdən 23-cü yerə düşüb (26% azalma), "Tesla” isə 35% dəyər itkisi ilə 13 mövqe geriləyib.

Ümumilikdə, "Interbrand” reytinqi göstərir ki, hazırda hansı brendlər istehlakçılar və bazar üzərində ən böyük təsirə malikdir, həmçinin brend dəyərində innovasiya, populyarlıq və texnologiyalara adaptasiya nə qədər önəmlidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->