Foto 19:14 20.10.2023

Aşağı Daşkəsən qəsəbəsinin sakinləri problemlə yanaşı, təkliflərini də irəli sürdü (FOTO)

Daşkəsən rayonunun Aşağı Daşkəsən qəsəbəsi SOCAR "Azəriqaz” İB-nin yeni qazlaşdırdığı yaşayış məntəqələrindən biridir. Bu səbəbdən adıçəkilən qəsəbədə təşkil olunan "Səyyar qəbul otağı”na qatılan sakinlər müraciətlərinə başlamamışdan öncə ölkə başçısına və SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Daha sonra qaz təchizatında yaşanan problemlərdən söz açılıb. Qəsəbə sakini Elnur Allahverdiyev qaz xəttinin yerinin dəyişdirilməsini xahiş etdiyi halda, Eldar Süleymanov təbii qaza tətbiq olunan limitin artırılması təklifini irəli sürüb. Səbəb kimi yaşadıqları kəndin dağlıq ərazidə yerləşməsi və bu baxımdan havanın temperaturunun daha tez aşağı düşməsi göstərilib. Bu da öz növbəsində mavi yanacağa olan tələbatın artması deməkdir. 

Birlik rəsmisi bu müraciətə cavab olaraq abonentə bildirib ki, "Azəriqaz” İstehsalat Birliyi ölkə daxilində qazın pərakəndə satışı xidmətini həyata keçirir və xidmət sahəsi olaraq təsdiq olunan qaydalara əsaslanır. Bu baxımdan tarif və limitin müəyyən edilməsi kimi səlahiyyətə malik deyil.  Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.