Foto 18:06 21.11.2022

Astarada keçirilən  “Açıq mikrofon” aksiyasında ümumilikdə 26 müraciət qeydə alınıb

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı” həftənin ilk iş günündə Astara rayon sakinlərinin ixtiyarına verilib.
 
Aksiyada ümumilikdə 26 sakin iştirak edərək qaz təsərrüfatı ilə bağlı onları narahat edən məsələlər barədə müraciətlərini ünvanlayıblar.
 
Səncərədi kənd sakinləri Şirməmməd Fərəcov, Raifə Qeybiyeva, Ram Vəliyev, Afaq Mirzəyeva və Esmira Əsədullayeva həmin kəndin genişlənmiş hissələrində inşa edilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər.
 
Həmkəndlilərindən fərqli olaraq Validə Eyvazova qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Giləkəran kənd sakini Pərvanə İbadova və Astara şəhər sakini Hafis Bağırov sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi istəyiblər.
 
Müraciət edən hər bir vətəndaş Lənkəran RQİİ-nin rəhbərliyi tərəfindən ətraflı məlumatlandırılaraq bəzi məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.