XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tamam Bayatlı BP-dən ayrıldı
Ölkə20:53 05.10.2026

Tamam Bayatlı BP-dən ayrıldı

BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.

Qaynarinfo-nun yurd.media-ya istinadən verdiyi xəbərə görə, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.

Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.