XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
İdman23:59 05.10.2026

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda aparılan renovasiya işləri davam etdiyi üçün "Sumqayıt" klubu qarşıdakı ən azı iki ev oyununu fərqli məkanda keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Komanda rəqiblərini “SOCAR Polymer Arena”da qəbul edəcək.

Misli Premyer Liqasının 10-cu turunun "Sumqayıt" - "Şəfa" oyunundan öncə stadiona baxış keçiriləcəyi və vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacağı bildirilib.