Xəbər lenti

ATV-nin 22 yaşı tamam olur
Ölkə 12:15 25.12.2022

ATV-nin 22 yaşı tamam olur

Bu gün Azad Azərbaycan (ATV) telekanalının yarandığı gündür.

Qaynarinfo xəbər verir ki, 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan Azərbaycanın özəl telekanallarından birinin 22 yaşı tamam olur.

"Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlayıb. Kanalın ilk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 

2009-cu ilin oktyabrında ATV International adlı digər kanal yayıma başlayıb. 2013-cü ildə kanalın adı dəyişdirilərə CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.

21 dekabr 2015-ci il tarixində "ATV Plus"da "HD" yayıma başlayıv. Hazırda "Azad Azərbaycan HD" kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var. 4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır. 28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.

Qaynarinfo-nun kollektivi ATV-də çalışan bütün həmkarlarını təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->