Xəbər lenti

Avtobuda vəfat edən cərrah generalın qardaşı imiş
Ölkə 15:16 27.01.2026

Avtobuda vəfat edən cərrah generalın qardaşı imiş

Bakıda avtobusda ölüm faktı baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə yanvarın 26-da Yasamal rayonunda 53 saylı xətt avtobusunda qeydə alınıb. Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirovun infarktdan öldüyü bildirilir. 

Qeyd edək ki, Məhyəddin Aydəmirov uşaq cərrahı olub və uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında çalışıb. O, 1957-ci ildə Quba rayonunda anadan olub və ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.


--> -->