Xəbər lenti

AXP-nin qurultayı bu məkanda keçiriləcək
Siyasət 17:42 11.12.2025

AXP-nin qurultayı bu məkanda keçiriləcək

Azərbaycan Xalq Partiyası (AXP) dekabrın 14-də keçiriləcəyi qurultayın məkanını açıqlayıb.

Partiyanın sədr səlahiyyətlərini icra edən Qiyas Sadıqov Qaynarinfo-ya açıqlamasında qurultayın partiyanın mərkəzi qərargahında baş tutacağını vurğulayıb:

"Partiyanın seçkidə namizədi mənəm. Başqa namizədin olması ilə bağlı bilgiyə malik deyiləm. Qurultay partiyanın qərargahında keçiriləcək. Qərargahın iclas salonu 60 nəfərlikdir”.

Xatırladaq ki, Azərbaycan Xalq Partiyasına (AXP) Pənah Hüseyn sədrlik edib. Pənah Hüseyn öz istəyi ilə sədr səlahiyyətlərini müavini Qiyas Sadıqova həvalə edib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->