Aparıcı Pünhan İsmayıllı müğənniləri toy mərasimlərində aparıcının işinə müdaxilə etməkdə ittiham edib.
Qaynarinfo xəbər verir ki, aparıcı müğənnilərin ifa zamanı aparıcının razılığı olmadan müəyyən qərarlar verməsini tənqid edib.
Pünhan İsmayıllı bildirib ki, toy mərasimində proqramın idarə olunması aparıcının səlahiyyətindədir:
"İstər səhnədə, istərsə də toyda aparıcının sözü qətidir. Müğənnini dəvət edirəm ki, gəlib oxusun və getsin. Müğənninin üç dəqiqəlik fonogram ifası var, çıxır səhnəyə, altı dəqiqə də özü danışır. Hələ tələb edir ki, bəy-gəlinin valideynləri gəlsin. Deyirəm, sən onun valideynini neyləyirsən? Öz nəğmənlə təbrik et. Valideynləri aparıcı dəvət edir".
Aparıcı qeyd edib ki, onun əsas məqsədi toy mərasiminin yüksək səviyyədə keçirilməsidir:
"Hər bir aparıcı istəyir ki, toy yaxşı keçsin. İdarəçilik çətin və şərəflidir. Heç kəs məndən inciməsin. Müğənni gəlib oxuyur, gedir, amma aparıcı 50 müğənni ilə orada qalır".
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Pünhan Piriyevin toyu olub. Müğənni Eldəniz Məmmədov ifası zamanı Pünhan Piriyevin nənəsinə söz verib. Bu isə aparıcı Pünhan İsmayıllının narazılığına səbəb olub.
Bahar Rüstəmli
Şərhlər