Foto 12:42 10.12.2022

AY Partiyanın təşkilatçılığı ilə tarixi-ideoloji dəyirmi masa keçirilir (FOTOLAR)

Azərbaycan Yüksəliş Partiyası təşkilatçılığı ilə keçirilən "21 Azər hərəkatına günümüzdən baxış: Milli muxtariyyət yoxsa istiqlaliyyət?” mövzulu tarixi-ideoloji dəyirmi masa başlayıb.
 
Tədbirin moderatoru AY Partiya Başqanının müavini Aynur Qəzənfərqızı, məruzəçiləri Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay, Milli Düşüncə Mərkəzinin rəhbəri Hakan Paksoy, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Demirtürk, professor Nəsib Nəsibli, professor Qulu Məhərrəmli və digər tanınmış şəxslərdir.

Dəyirmi masaya Türkiyədən dəvət olunan qonaqlar AY Partiya Başqanlıq Heyəti üzvlərinin müşayiəti ilə Bakıda Şəhidlər xiyabanını, Türk şəhidliyini ziyarət ediblər. 

Qonaqlar Fəxri xiyabanda Azərbaycanın mərhum prezidentləri Əbülfəz Elçibəy, Heydər Əliyev və Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvərinin məzarlarını, II Şəhidlər xiyabanını və general Polad Həşimovun, Vətən savaşı şəhidlərinin məzarlarını ziyarət ediblər.