Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
	
Qaynarinfo Qafqazinfo-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 
	
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.
	
Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
	
             
            
Şərhlər