XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə etdi (FOTO)
Ekonomiks16:37 01.10.2026

AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə etdi (FOTO)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib.

Qaynarinfo AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin bu il parkına əlavə etdiyi ikinci "A321neo", ümumilikdə isə 5-ci hava gəmisidir.

"Daha müasir salon, yüksək sürətli "Wi-Fi", bortdaxili əyləncə və daha səmərəli uçuş texnologiyaları ilə səyahət təcrübənizi bir addım da irəli aparırıq. Yeni təyyarəmiz əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir", - məlumatda qeyd olunub.