Xəbər lenti

İdman 13:15 19.10.2023

Azar: "Pul üçün harasa gedib oynamaq istəmirdim"

Eden Azar təqaüd qərarı haqqında ilk dəfə açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə, "Real"la müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılan və uzun müddət futbol oynamayan futbolçu ötən həftə karyerasını bitirmək qərarına gəlib. "L'Avenier"ə açıqlama verən Azar təqaüd qərarı və karyerasının son hissəsi ilə bağlı danışıb.

Azar qərarı haqda danışarkən, "Həyatda hər şeyi izah edə bilməzsən. Özümlə barışıram və xoşbəxtəm. Adımın bir çox klublarda, xüsusən də Belçika klubları ilə hallanması xoş idi. Mən bunu etmədim. Belçikada oynamaq şansım olsa, bu, əla hekayə ola bilərdi, amma alınmadı. Millidən təqaüdə çıxanda artıq bu haqda düşünmüşdüm. Pul üçün harasa gedib oynamaq istəmirdim. Bu, ən yaxşı həll yolu idi. Artıq məşqdən zövq almırdım" - deyib.

Azar karyerası ərzində "Lill", "Çelsi" və "Real" kimi nəhəng kklublarda çıxışı ilə populyarlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->