XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sabah" və "Fəbərbağça"nın oyunlarını hansı kanallar yayımlayacaq?
İdman12:20 10.09.2026

"Sabah" və "Fəbərbağça"nın oyunlarını hansı kanallar yayımlayacaq?

Bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsində birinci turun son oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində "Mançester Yunayted" klubu İngiltərədə təmsilçimiz "Sabah"ı qəbul edəcək.

Azərbaycanda azarkeşlər "Mançester Yunayted" - "Sabah" oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.

Gecənin digər maraqlı qarşılaşmalarında "Fənərbağça" İstanbulda İtaliyanın "Roma" klubu ilə, "Bavariya" isə Almaniyada Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.

Azarkeşlər "Fənərbağça" - "Roma" oyununu Bakı vaxtı ilə saat 20:45-də, "Bavariya" - "Budyo Qlimt" qarşılaşmasını isə saat 23:00-da "CBC Sport" TV-də izləyə biləcəklər.

Çempionlar Liqası
I tur
10 sentyabr

20:45, "Fənərbağça" - "Roma" ("CBC Sport" TV);
23:00, "Mançester Yunayted" - "Sabah" (İctimai TV);
23:00, "Bavariya" - "Budyo Qlimt" ("CBC Sport" TV).