Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.
Qaynarinfo xəbər verir ki, iclasda Azərbaycanın diplomatik fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələ də gündəliyə çıxarılacaq.
Belə ki, Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi müzakirə olunacaq.
Şərhlər