"Sumqayıt" klubu futbolçu İmani Barker ilə müqavilə imzalayıb.
Bu barədə Qaynarinfo-ya "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.
22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 4 illikdir. O, mövsümün sonuna qədər "Karvan-Yevlax”a icarəyə verilib.
Qeyd edək ki, Fransa Qvianasından olan İmani Barker karyerası ərzində Fransanın "Le Havr", "Klermon" və "Qenon" klublarında çıxış edib.
Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.
Şərhlər