Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsində ciddi artım var.
Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.
O qeyd edib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq münasibəti əlaqələrin daha da inkişafına mühüm töhfə verir:
"Slovak xalqı adından Azərbaycan Prezidentini və xalqını təbrik etmək istərdim. Uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Azərbaycan bu gün sülh şəraitində yaşayır".
Şərhlər