Cari ilin noyabr ayı ərzində 35 nəfər Azərbaycana readmissiya (geri qəbul) edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 2025-ci ilin 11 ayı ərzində 458 nəfər şəxsin ölkəyə readmissiyası həyata keçirilib. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, sözügedən proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilir.
Şərhlər