Xəbər lenti

İdman 09:50 08.02.2024

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilir

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına bu gün start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, mərhələnin ilk günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Zirə" doğma meydanda "Səbail"lə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səsləndiriləcək. İlk oyunda "qartallar" qələbə qazanıb - 2:1. 

Günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gələcək. İlk oyunda Ağdam klubu 7:1 hesablı qələbə qazanıb.

Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları

8 fevral

17:00. "Zirə" - "Səbail" (İlk oyun - 2:1)

20:00. "Qarabağ" - "Sabah" (İlk oyun - 7:1)

1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->