Xəbər lenti

Azərbaycan Prezidentinə
phrase_var_qaynar. 16:44 22.08.2025

Azərbaycan Prezidentinə "Axaltəkə" atı hədiyyə edildi (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində "Axaltəkə” atlarına və milli "Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Qaynarinfo xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlət başçısı İlham Əliyevə "Taus” ləqəbli "Axaltəkə” atını hədiyyə edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->