Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, qarşılaşma Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək.
VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Şərhlər