Xəbər lenti

Ekonomiks 14:43 13.06.2024

"Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artacaq" - Ekspert

"Yaxın Şərqdəki böhran, Rusiya və İrana tətbiq edilən sanksiyalar fonunda hazırda Azərbaycandan keçən yollar ən yüklü əraziyə çevrilir". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Fuad İbrahimov vurğulayıb ki, burada nəqliyyat üzrə gəlirdən söhbət gedirsə, bu artımın ilbəil baş verəcəyi ehtimal edilir:
 


"Nəqliyyat üzrə gəlirlərin əsas hissəsini sözsüz ki, tranzit yük daşımaları təşkil edir. Azərbaycanın zəngin daxili təbii sərvətlərin ixracı yük daşımalar vasitəsilə həyata keçirilir. Eyni zamanda, Azərbaycan Şəqrlə Qərbi birləşdirən yeganə elastik dəhlizdir. Hazırda Çinlə Avropa arasında 750 milyard dollardan çox olan ticarət dövriyyəsinin daşınmasında əsas elastik dəhlizi də məhz Azərbaycandır. Yaxın Şərqdəki mövcud problemlə  bağlı olaraq Süveyş kanalının yükdaşıma qabiliyyətində azalma baş verir. Şimal istiqamətində Rusiyaya qoyulan sanksiyalar nəticəsində bu istiqamətdə həyata keçirilən yükdaşıma yolları da  iflic vəziyyətə düşüb. İranın sanksiyalar altında olması fonunda cənub yük daşıma yolu da qapalı məkana çevrilib. Bütün bunların nəticəsində Azərbaycandan keçən yollar ən yüklü əraziyə çevrilir. Azərbaycan sürətlə onun şaxələndirilməsi istiqamətində də işlər görür. Bu baxımdan nəqliyyatdan gələn gəlirlərin artımı başa düşüləndir". 

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 5,4 milyard manat olub. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəsmi "X” hesabında məlumat yayıb. Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4,8 milyard manat olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->