Xəbər lenti

Azərbaycan yığmasının üzvü Almaniya klubuna transfer oldu
İdman 15:02 24.01.2026

Azərbaycan yığmasının üzvü Almaniya klubuna transfer oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniyanın "Hamburq" klubuna transfer olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçinin son iş yeri Rusiyanın "Zenit" klubu olub.
--> -->