Azərbaycana gətirilən minik avtomobillərinin sayında kəskin azalma (VİDEO)
Ölkəyə gətirilən minik avtomobillərinin sayı 5 ayda təxminən 40 faiz azalıb.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ötən ilin yanvar-may aylarında Azərbaycana 39 min minik avtomobili gətirilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 24 minə qədər enib. Bu isə avtomobil idxalında əhəmiyyətli azalma deməkdir.
Ekspert azalmanın əsas səbəbini ötən ilin ikinci yarısından etibarən bazarda yaranan sürətli alışlarla izah edir. Çünki həm vətəndaşlar, həm də satıcılar elektrik və hibrid mühərrikli avtomobillərə tətbiq edilən 18 faizlik ƏDV güzəştinin 2026-cı il yanvarın 1-dən bitəcəyini bilirdilər. Bu səbəbdən ötən il avtomobil idxalında əvvəlki illə müqayisədə 30 faizdən çox artım qeydə alınıb.//Xəzəe TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər