Xəbər lenti

Azərbaycana güclü qar yağdı, evin talvarı çökdü (FOTO)
Foto 11:10 20.01.2026

Azərbaycana güclü qar yağdı, evin talvarı çökdü (FOTO)

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar nəticəsində kənd sakininə məxsus evin talvarı çöküb.

Nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.

--> -->