Xəbər lenti

Azərbaycanda 20-30 ildir həbsdə yatan məhbuslar var -
Ölkə 17:02 04.04.2023

Azərbaycanda 20-30 ildir həbsdə yatan məhbuslar var - "Ömürlük”lərin sayı açıqlandı

Bu gün Azərbaycanda təxminən 260-270 ömürlük, 20-30 il cəza çəkən ömürlük məhbuslar var. 

Ömürlük Məhbusların Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qaynarinfo-ya açıqlamasında bildirib ki, "ömürlük”lərin arasında müxtəlif səbəblərdən həbs olunan şəxslər yer alıb:


 
"Amma biz Müdafiə Komitəsi olaraq onların hamısını müdafiə etmirik. Biz 25-30 nəfərə qədər şəxsi müdafiə edirik ki, onlar da bir neçə qrupa ayrılır. Məsələn, Qarabağ partizanı Məmməd Məmmədov 2003-cü ildə həbs olunub. 20 ildir ki, həbsdədir. Digər nümunəyı nəzər salaq. "OMON”çular - Elçin Əmiraslnov, Səfa Poladov, Arif Kazımov 1996-cı ildən həbs həyatı yaşayırlar. Onların dövlət qarşısında xidmətləri olub və əfv edilə bilərlər. Hesab edirik ki, 1998-cü ildə güllələnmə hökmündən ömürlük həbsə keçənlərin bir qismi əfv olunması mümkündür.

Dördüncü kateqoriya 30 ildən artıq həbsdə olan Əli Quliyev və digərləri daxildir. Beşinci kateqoriya ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun qanunsuz hərəkətlərinin qurbanlarıdır ki, onların da biri Samir Sanıyevdir”. 

Akif Nağı deyib ki, "ömürlüklər”in cəzasının yüngülləşdirilməsi üçün dövlət komissiyası yaradılmalıdır:

"Onlar müddətli həbs cəzasına keçməlidirlər. Təklif edirik ki, 20 il həbs cəzası çəkəndən sonra onlar azad olunsunlar, amma daimi nəzarətdə saxlanılsınlar. Biz bu istiqamətdə onların hüquqlarını müdafiə edirik”. 

Bahar Rüstəmli

--> -->