“New York Times Games” qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinzi Kaliforniyada avtomobil dayanacağında güllələnib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Fox News” yerli polisə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki “Dublin Sports Grounds” idman kompleksinin dayanacağında baş verib. Polis 40 yaşlı top-meneceri bir neçə güllə yarası ilə aşkar edib. “Los Angeles Times”ın məlumatına görə, kişi hadisə yerində ölüb.
Qətldə şübhəli bilinən şəxslər Makkinzinin həyat yoldaşının valideynləri – 77 yaşlı Şouyun Çjan və Şili Çendir.
“SFGATE” məhkəmə sənədlərinə istinadən yazır ki, Makkinzi və həyat yoldaşı təxminən bir il ərzində bir neçə məhkəmə çəkişməsində iştirak ediblər. Ötən ilin oktyabrında qadın məhkəmədən Makkinzinin ona yaxınlaşmasının qadağan edilməsini tələb edib. Dekabr ayında eyni tələblə kişi özü də məhkəməyə müraciət edib. Həmin vaxt o, boşanma ərizəsi də verib. Bundan sonra ər-arvad birgə övladlarının qəyyumluğu ilə bağlı mübahisəni davam etdiriblər.
“Patch” yazır ki, 2025-ci ilin oktyabrında Makkinziyə uşağa təhlükə yaratmaq və ona xəsarət yetirmə ilə bağlı iki epizod üzrə ittiham irəli sürülüb. Kişi təqsirini etiraf etməyib və valideynlər üçün nəzərdə tutulan 12 məşğələdə iştirak etmək şərti ilə azadlığa buraxılıb.
Makkinzi 2023-cü ilin yanvarında “The New York Times”da işləməyə başlayıb. İki il sonra o, “Games Player Experience” bölməsində mühəndislik istiqamətinə rəhbərlik edib.
Aydın
Şərhlər