Video 10:56 07.12.2023

Azərbaycanda baş verən güclü zəlzələdən sonra marketin tavanı uçdu (VİDEO)

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib.

BAKU.WS-in məlumatına görə, yeraltı təkanlar zamanı marketin tavanı uçub və məhsulların üzərinə tökülüb.

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.